Azərbaycanla Türkiyə arasında siyasi məsləhətləşmələr keçirildi
![azerbaycanla-turkiye-arasinda-siyasi-meslehetlesmeler-kecirildi-1739203722](https://www.referans.az/storage/news/2025/02/10/67aa16da7177867aa16da71779173920021867aa16da7177667aa16da71777_900x600_1739203613-full.jpg)
10.02.2025
-
20:00
|
|
Azərbaycanla Türkiyə arasında siyasi məsləhətləşmələr keçirilib.
Referans.az xəbər verir ki, bu barədə Azərbaycanın Ankaradakı səfirliyi məlumat yayıb.
Qeyd olunub ki, Azərbaycan Xarici İşlər Nazirliyinin regional təhlükəsizlik üzrə baş direktoru Azər Musayev və Türkiyə Xarici İşlər Nazirliyinin Şərqi Avropa və Qafqaz üzrə baş direktoru Mehmet Samsarın sədrliyi ilə nümayəndə heyətləri arasında siyasi məsləhətləşmələr keçirilib.
Görüşdə ikitərəfli siyasi əlaqələr və beynəlxalq təşkilatlarda əməkdaşlıq müzakirə edilib.