"Emin Əmrullayev təhsil ictimaiyyətində sıfıra düşən nüfuzunu bərpa etmək istəyir" - Təhsil eksperti

emin-emrullayev-tehsil-ictimaiyyetinde-sifira-dusen-nufuzunu-berpa-etmek-isteyir-tehsil-eksperti-1739280401
|
|

Təhsil naziri Emin Əmrullayev bildirib ki, müəllimlərin sayı azalacaq, lakin hər bir müəllimin dərs saatı artacaq, bu da onların maaşlarının yüksəlməsinə səbəb olacaq. Eyni zamanda, sistemdə çalışan gənclərin sayı 20%-ə qədər artacaq.





Referans.az Big.az- a istinadən bildirir ki, bu barədə təhsil eksperti Elşən Qafarov açıqlama verib. O deyib ki, Emin Əmrullayev müəllimlərin əmək haqqını artırmaq səlahiyyətində olan şəxs deyil. Müəllimlərin əmək haqqının artırılması ilə bağlı sərəncamı cənab prezident verir. Emin Əmrullayev təhsil ictimaiyyətində sıfıra düşən nüfuzunu bərpa etmək istəyir ki, guya müəllimlərin əmək haqı artacaq:



"Emin Əmrullayevin bu fikrinin məntiqi əsası yoxdur. Ölkədə hazırda 151 minə yaxın müəllim çalışır. Onlardan 137 mini daimi əsaslarla işləyir. 10 faizə qədəri müddətli müqavilə ilə işləyir. Müəllimlərin həftəlik dərs norması ilə təmin olunması şərtdir. Emin Əmrullayev müəllimlərin əmək haqqını artırmaq səlahiyyətində olan şəxs deyil. Müəllimlərin əmək haqqının artırılması ilə bağlı sərəncamı cənab prezident verir. Əmrullayev populist fikir söyləyib və təhsil ictimaiyyətində sıfıra düşən nüfuzunu bərpa etmək istəyir ki, guya müəllimlərin əmək haqqı artacaq. Müəllimlərin əmək haqqının artırılması saylarının azaldılması ilə olmamalıdır.



Müəllimlərin sayı yaranmış tələblərə uyğun olmalıdır. Hazırda bizim 5,6,7,8 saatla işləyən müəllimlərimiz var. Qanunvericiliyə görə, müəllimin həftəlik dərs yükü 18 saatla təmin olunmalıdır. Təmin oluna bilmirsə, tədris ilinin sonuna qədər 18 saatın əmək haqqı ödənilməlidir. Bugünki sistemdə müəllim sayının azaldılması hansı yolla başa gələcək? Bizim regionlarımızda müəllim çatışmazllğı, eyni zamanda müəllim artımı var. Əhalinin şəhərlərə köçməsi nəticəsində regionlarda ibtidai sinif müəllimlərinin sayında çoxluq var.



Şəhərlərdə isə hər il vakansiya çıxır. Eyni zamanda gənc müəllimlərə regionlarda şərait yaradılmadığına görə onlar regionları seçmir və ya yerdəyişmə üçün qısa müddətli dözməli olurlar. Xüsusilə xarici dil, fizika, kimya, biologiya fənlərində regionlarda çatışmazlıq var. Düşünürəm ki, bunun əsaslandırılması olmalıdır. Üstəlik bunu nazir statusunda olan şəxs söyləyirsə, istənilən halda fikrini əsaslandırmasını təqdim etməlidir.



Düşünürəm ki, bu, Emin Əmrullayevin növbəti populist çıxışıdır. Maaş artımı ilə təhsil ictimaiyyətində sıfırın altına düşən nüfuzunu bərpa etmək istəyir. Müasir dövrdə insanlar daha çox biliyə malikdirlər və hamı bilir ki, əmək haqqının artımı təhsil nazirinin səlahiyyətində deyil. Müəllim sayının azaldılması mexanizminin necə olacağını deməlidir. Əgər demirsə, populizmdən başqa bir şey deyil".