Bu qurumun milyondan çox borcu var – Rəisin ölkədən çıxışına “stop” qoyuldu

bu-qurumun-milyondan-cox-borcu-var-reisin-olkeden-cixisina-stop-qoyuldu-1739290353
|
|

  Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin 2 Saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyinin dövlətə milyondan çox vergi borcu var.

Referans.az Qaynarinfo-ya istinadən xəbər verir ki, 2 Saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 1033365.91 AZN vergi borcu yaranıb.

Qeyd edək ki, 2018-ci ildən 2 Saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəisi Alaverdizadə Cavanşir Baxış oğludur.

Məlumata görə, sözügedən borca görə C.Alaverdizadənin ölkədən çıxışına məhdudiyyət qoyulub.