Şahmat üzrə Azərbaycan çempionatında ilk finalçı məlum oldu - FOTO
![sahmat-uzre-azerbaycan-cempionatinda-ilk-finalci-melum-oldu-foto-1739292652](https://www.referans.az/storage/news/2025/02/11/17392916436209217928_1200x630_1739292541-full.jpg)
Şahmat üzrə Azərbaycan çempionatında ilk finalçı müəyyənləşib.
Referans.az xəbər verir ki, kişilərin mübarizəsində Şəhriyar Məmmədyarov hər iki görüşdə Misrətdin İskəndərova qalib gəlməklə adını finala yazdırıb (2:0). M.İskəndərov üçüncü yer uğrunda görüşdə iştirak edəcək.
Digər yarımfinalda Teymur Rəcəbov Rauf Məmmədovla ikinci oyunda da heç-heçə oynayıb. Cütün taleyi sabah tay-brekdə müəyyənləşəcək.
Qadınlarda Günay Məmmədzadə ilk partiyada uduzduğu Gülnar Məmmədovadan məğlubiyyətin əvəzini çıxıb. Bu yarımfinalda hesab bərabərləşib - 1:1. Sabah Məmmədzadə Məmmədovayla tay-brekdə qarşılaşacaq.
Ülviyyə Fətəliyeva və Gövhər Beydullayeva hər iki partiyada bərabərə qaldığından bu dueldə də finalçı tay-brekdə müəyyənləşəcək.
Qeyd edək ki, kişilərin yarışında mükafat fondu 60 min, qadınlarda isə 30 min manat təşkil edir.