"Qarabağ" "Səbail"i darmadağın etdi
![qarabag-sebaili-darmadagin-etdi-1739296873](https://www.referans.az/storage/news/2025/02/11/garabag_1739296832-full.jpg)
11.02.2025
-
22:00
|
|
Misli Premyer Liqasında XXII tura yekun vurulub.
Referans.az xəbər verir ki, son oyunda "Qarabağ" Tofiq Bəhramov adına Respublika stadionunda "Səbail"i 5:0 hesabı ilə məğlub edib.
Bu nəticədən sonra xallarını 53-ə çatdıran "Qarabağ" birinci pillədə qərarlaşıb.
Qeyd edək ki, turun əvvəlki matçlarında "Şamaxı" "Sumqayıt"ı (1:0), "Sabah" "Turan Tovuz"u (2:1), "Neftçi" isə "Zirə"ni (2:1) üstələyib. "Araz-Naxçıvan" - "Kəpəz" görüşü qolsuz heç-heçə ilə yekunlaşıb.