ABŞ-nin təyyarədaşıyan gəmisi Aralıq dənizində mülki gəmi ilə toqquşdu
![abs-nin-teyyaredasiyan-gemisi-araliq-denizinde-mulki-gemi-ile-toqqusdu-1739469278](https://www.referans.az/storage/news/2025/02/13/ap_671671435361_pic_32ratio_900x600_900x600_42169_1739469195-full.jpg)
13.02.2025
-
22:14
|
|
ABŞ-nin "USS Harry Truman" təyyarədaşıyan gəmisi Aralıq dənizində ticarət gəmisi ilə toqquşub.
Referans.azxəbər verir ki, bu barədə Pentaqon bəyanat yayıb.
“USS Harry Truman” təyyarədaşıyan gəmisi fevralın 12-də yerli vaxtla saat 23:46-da Aralıq dənizində Misirin Port-Səid şəhərində olarkən ticarət gəmisi ilə toqquşub ”, - komandanlığın bəyanatında bildirilib.
Hərbi Dəniz Qüvvələrinin məlumatına görə, gəminin hərəkət sistemləri zədələnməyib və stabil vəziyyətdədir. Hadisə ilə bağlı araşdırma aparılır.
Ölən və yaralananlar barədə məlumat verilmir./Teleqraf