Azər Baxşəliyevin qızına avtomobil hədiyyə olundu - VİDEO

azer-baxseliyevin-qizina-avtomobil-hediyye-olundu-video-1739643645
|
|

  Mərhum aktyor Azər Baxşəliyevin 2 yaşlı qızı Züleyxaya maşın hədiyyə olunub.

Referans.az xəbər verir ki, ARB-də yayımlanan “5 üz” verilişinin finalı Azərə həsr olunub.

Aparıcı Elşən Orucov finalın qalibinin də Züleyxa olduğunu və avtomobilin ona əmilərinin - E. Orucov, İlkin Həsəni, Nicat Rəhimov, Elçin Cəfərov və Azərin digər dostlarının adından təqdim olunacağını deyib.

Elşən həmçinin ARB-nin rəhbərliyinə də təşəkkür edib.

Verilişdən sonra onlar maşını Züleyxaya aparıblar. (OLAY)