Bakı-Quba yolunda qəza: əcnəbi vətəndaşlar xəsarət aldı

15.02.2025
-
22:17
|
|
Bakı-Quba yolunda dörd əcnəbi vətəndaşın yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Referans.az “Report”a istinadla xəbər verir ki, qəza yolun Xızı rayonundan keçən hissəsində qeydə alınıb.
2 maşının toqquşması nəticəsində 4 Pakistan vətəndaşı xəsarət alıb.
Yaralılar dərhal Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.