SOCAR əməkdaşları üçün sevindirici xəbər – maaş artımı və 8 Mart mükafatı gözlənilir

socar-emekdaslari-ucun-sevindirici-xeber-maas-artimi-ve-8-mart-mukafati-gozlenilir-1741427756
|
|

Referans.az bildirir ki, Icma.az-ın əldə etdiyi məlumata görə, SOCAR şirkəti 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə qadın əməkdaşları üçün xüsusi mükafat nəzərdə tutub. Məlumata əsasən, SOCAR-da çalışan bütün qadınlara 300 manat məbləğində birdəfəlik mükafat ödəniləcək.



Bundan əlavə, bəzi mənbələrin verdiyi məlumata görə, SOCAR əməkdaşlarının əməkhaqqında artım gözlənilir. İlkin məlumatlara əsasən, maaşlar təxminən 20% artırıla bilər, lakin bu barədə hələlik rəsmi açıqlama verilməyib.



Icma.az bu mövzunu diqqətlə izləməyə davam edəcək və məsələ ilə bağlı rəsmi açıqlamalar yayımlandıqda oxucularını operativ şəkildə məlumatlandıracaq.