İsmayıllıda ağır qəza - ölən və xəsarət alanlar var

01.04.2025
-
13:41
|
|
İsmayıllıda avtomobil qəzası baş verib.
Referans.az APA-ya istinadən xəbər verir ki, gecə İsmayıllı rayonunda "VAZ-2107" markalı avtomobil idarəetmənin itməsi nəticəsində yolun kənarındakı obyektə çırpılıb.
Nəticədə sürücü 1983-cü il təvəllüdlü Yasin Rəhimov, onun iki sərnişini - 32 yaşlı Mehman Babayev və 33 yaşlı Bəhruz Əlizadə xəsarət alıb.
Sürücü xəstəxanaya aparılarkən yolda ölüb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, faktla bağlı rayon Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq aparılır.