Goranboyda minik avtomobili aşdı: ölən və xəsarət alan var

03.04.2025
-
23:48
|
|
Goranboyda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Referans.az APA-ya istinadən xəbər verir ki, hadisə Bakı Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, hərəkətdə olan “VAZ 21015” markalı minik avtomobili yoldan çıxaraq aşıb.
Qəza nəticəsində 1 nəfər ölüb 1 nəfər isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.