General Azər İbrahimov Müdafiə Nazirliyində yüksək vəzifəyə təyin olundu

general-azer-ibrahimov-mudafie-nazirliyinde-yuksek-vezifeye-teyin-olundu-1743790028
|
|

  Müdafiə Nazirliyində mühüm kadr dəyişikliyi baş verib. Referans.az "Unikal"a istinadla xəbər verir ki, general-mayor Azər İbrahimov nazirliyin Daxili Təhlükəsizlik və Təhqiqat Baş İdarəsinin rəisi təyin olunub.

Qeyd edək ki, o, bu təyinata qədər Dövlət Sərhəd Xidməti rəisinin müşaviri vəzifəsində çalışıb.