Bakıda boşanma üstündə arvadının qulağını kəsən şəxs saxlanıldı

bakida-bosanma-ustunde-arvadinin-qulagini-kesen-sexs-saxlanildi-1743862786
|
|

  Bakıda boşanmaq istəyən arvadının qulağını kəsən şəxs saxlanılıb.

Referans.az xəbər verir ki, bunu Teleqraf-ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşl polis leytenantı Elbrus İbrahimov bildirib.

O qeyd edib ki, aprelin 4-də Sabunçu rayonu Bilgəh qəsəbəsi ərazisində həyat yoldaşına xəsarət yetirən İntiqam Bayramov polis əməkdaşları tərəfindən saxlanılıb.

Şəxs barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsinə əsasən cinayət işi açılıb.

Araşdırma aparılır.