Süni intellekt tələbə oldu

05.04.2025
-
22:36
|
|
İlk dəfə süni intellekt tələbə kimi Vyana universitetinə qəbul edilib.
Referans.az Globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə “Euro News” məlumat yayıb.
Flin adlı süni intellekt ilk dəfə rəsmi olaraq Vyanada yerləşən Tətbiqi İncəsənət Universitetinə rəqəmsal incəsənət proqramına qəbul edilib. O, dərslərə qatılacaq, qiymətlər alacaq və canlı tələbələrlə bərabər müzakirələrə qoşulacaq.
Flin qəbul prosesindən keçib – portfelini təqdim edib, müsahibədən və peşə hazırlığı testindən uğurla keçib. Universitetin açıqlamasına görə, süni intellektin təhsil alması ilə bağlı heç bir qadağa yoxdur və onun işləri və cavabları gözlənilən səviyyədə olub.