Ceyhun Bayramov yəmənli həmkarı ilə görüşüb

ceyhun-bayramov-yemenli-hemkari-ile-gorusub-1744399310
|
|

  Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov 4-cü Antalya Diplomatiya Forumu çərçivəsində Yəməndən olan həmkarı Şaya Zindani ilə görüş keçirib.

Referans.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, tərəflərin görüşündə iki ölkə arasında cari məsələlər və əməkdaşlıq perspektivləri müzakirə olunub.