Bakı-Quba yolunun bir hissəsi bağlandı

baki-quba-yolunun-bir-hissesi-baglandi-1744827337
|
|

  Bakı-Quba yolunun bir hissəsi aramsız yağış səbəbindən bağlanıb.

Referans.az Report-a istinadən xəbər verir ki, aramsız yağan yağışlar nəticəsində yolun 71-ci kilometrliyindən 75-ci kilometrliyinədək hərəkət iflic olub.

Quba istiqamətindən Bakıya doğru hərəkət edən sürücülər yolda bir sıra çətinliklər yaşayıb.

Problem səhər saatlarından davam edir.