Güclü sel Şabranda evi yerlə bir etdi – VİDEO

16.04.2025
-
22:28
|
|
Ötən gündən başlayan güclü yağış Şabran rayonunda fəsadlar törədib.
Referans.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Yayılan görüntülərdən birində rayonun 20 Yanvar küçəsində güclü selin fərdi yaşayış evini necə dağıtdığı əks olunub.
Həmin görüntüləri təqdim edirik:
Qeyd edək ki, yağış nəticəsində rayonunun içərisindən keçən Dəvəçi çayı daşıb. Güclü sel səbəbindən rayon mərkəzində çayın üzərindəki körpülərdə hərəkət məhdudlaşdırılıb. Ətraf ərazidə yaşayan 15 ailə təhlükəsiz yerə təxliyə edilib.