Bakıda dəhşət: Arvadının başını kəsən ər özünü 14-cü mərtəbədən atdı

16.04.2025
-
23:00
|
|
Bakıda kişi arvadının başını kəsib.
Referans.az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə axşam saatlarında, paytaxtın Yasamal rayonu ərazisində qeydə alınıb.
İlkin ehtimala görə, ər arvadının başını kəsdikdən sonra özünü binanın 14-cü mərtəbəsindən ataraq intihar edib.
Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunublar.
Hər iki şəxsin meyitinin hadisə yerindən götürüldüyü bildirilir.