Sel Tovuz sakininin evini yararsız hala saldı - FOTO

16.04.2025
-
23:17
|
|
Tovuzda sel suları evi yararsız hala salıb.
Referans.az bildirir ki, Teleqraf-ın yerli bürosu xəbər verir ki, hadisə Əsrik Cırdaxan kəndində qeydə alınıb.
İntensiv yağan yağışın yaratdığı sel suları kənd sakini Mübariz Abulovun yaşadığı evi uçurdub.
Hadisə zamanı evinin qarşısında "VAZ 2107" markalı avtomobildə olan M. Abulov maşında köməksiz vəziyyətdə qalıb. Adıçəkilən şəxsi avtomobildən ətrafda yaşayan sakinlər çıxardıb.
Qeyd edək ki, qərb bölgəsində aramsız yağışlar davam edir.