Azərbaycanda zəlzələ oldu

16.04.2025
-
23:48
|
|
Aprelin 16-da İsmayıllı stansiyasından 19 km şimalda zəlzələ qeydə alınıb.
Respublika Seysmoloji Xidmət Mərkəzindən Referans.az-a bildiriblər ki, yerli vaxtla saat 22:56-da qeydə alınan yeraltı təkanların maqnitudası 3,1-ə bərabər olub.
Ocağı 9 kilometr dərinlikdə yerləşən zəlzələ hiss olunmayıb.