MAQATE-dən şok: İran nüvə silahının bir addımlığındadır

16.04.2025
-
23:55
|
|
Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) direktoru Rafael Qrossi İrandadır.
Referans.az Axar.az-a istinadən xəbər verir ki, o, İrana yola düşməzdən əvvəl “Le Monde” qəzetinə verdiyi müsahibədə Tehranın nüvə problemi ilə bağlı İran və ABŞ arasında Omanda başlanan dialoqda öz təşkilatının iştirakını arzuladığını bildirib.
O hesab edir ki, İran nüvə silahı hazırlamağa yaxındır:
“Biz Arakçı və Uitkoff arasında ikitərəfli dialoqun bir hissəsi deyilik, lakin buna biganə də deyilik. Onlar çox yaxşı bilirlər ki, hər hansı potensial razılaşmaya öz sözümüzü deməliyik, çünki bunu sınaqdan keçirən tərəf biz olacağıq. Ona görə də bizim tərəfimizdən onlarla qeyri-rəsmi mübadilələrə başlanılıb”.