Daha bir vəzifəli şəxs yağış sularında öldü 

daha-bir-vezifeli-sexs-yagis-sularinda-oldunbsp-1744874875
|
|

Sabirabad rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.


Referans.az xəbər verir ki, aprelin 16-sı saat 16 radələrində rayonun Qaragüney kəndindəki “AzOil” yanacaqdoldurma məntəqəsinin əməkdaşını elektrik cərəyanı vuraraq öldürüb. Belə ki, 1991-ci il təvəllüdlü Rusif Barat oğlu Qarayev hidroforu qoşarkən onu elektrik cərəyanı vurub.


Teleqraf.az-ın məlumatına görə, ölən şəxs yanacaqdoldurma məntəqəsinin müdiri imiş. O, məntəqəyə məxsus quyuda olan yağış sularını təmizləmək istəyərkən elektrik cərəyanı vurması nəticəsində ölüb.


Mərhumun 2 azyaşlı övladı var.

Faktla bağlı Sabirabad Rayon Prokurorluğunda araşdırma aparılır.