500 min dollardan çox borcu olduğu deyilən sabiq baş konsul - Ona kimlər dəstək olub? - FOTO 

500-min-dollardan-cox-borcu-oldugu-deyilen-sabiq-bas-konsul-ona-kimler-destek-olub-fotonbsp-1745217552
|
|

  Azərbaycanın Rusiyanın Sankt-Peterburq şəhərində baş konsul vəzifəsində çalışmış Sultan Qasımovla bağlı sensasion məlumatlar əldə edilib.



Referans.az “ajans.az”a istinadən xəbər verir ki, Sultan Qasımov diplomatik fəaliyyətə ilk olaraq 2009-cu ildə Rusiyanın Yekaterinburq şəhərində baş konsul olaraq başlayıb. Qasımov 2016-cı ildən 2024-cü il oktyabr ayının 21-nə qədər Rusiyanın Sankt-Peterburq şəhərində baş konsul olaraq diplomatic fəaliyyətinə davam edib.


Etibarlı mənbənin verdiyi məlumata görə, bu müddət ərzində Sultan Qasımov bir sıra xoşagəlməz hadisələrdə ciddi problemlərlə üz-üzə qalıb.



Müxtəlif şəxslərdən aldığı borc nəticəsində yaranan qalmaqallar Sultan Qasımov haqqında şikayətlərin və narazılıqların formalaşmasına gətirib çıxarıb. Hazırda Sultan Qasımovun 500 min dollardan çox borcunun olduğu deyilir. Bu borcun qumarla bağlı olduğu deyilsə də əslində külli miqdarda borc vəsaitinin Sultan Qasımovun Rusiyanın Yekaterinburq şəhərində baş konsul vəzifəsində çalışdığı dövrdən toplandığı bildirilir.



Məlumata görə Sultan Qasımov vəzifəsindən və qardaşının nüfuzundan istifadə edərək ayrı-ayrı şəxslərə görüləcək işlərlə bağlı müxtəlif vədlər verərək külli miqdarda vəsaitlər alıb. İllərlə toplanan borc isə 500 min dolları keçib.



Pullarını geri istəyən şəxslərin etiraz və şikayətlərinin qarşısı isə Sultan Qasımovun yüksək vəzifədə çalışan qardaşı Azər Qasımov tərəfindən ört basdır edilib və o Sultan Qasımovu qorumağa müvəffəq olub.