Hərbi biletlərlə bağlı əhaliyə VACİB XƏBƏR: "Reallaşmadı" 

herbi-biletlerle-bagli-ehaliye-vacib-xeber-reallasmadinbsp-1745218237
|
|

  Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi biletlərin hazırlanması üzrə mətbəə-çap məhsullarının alınması ilə əlaqədar elan etdiyi tender ləğv edilib.

Referans.az pravda.az-a istinadən xəbər verir ki, bu barədə qərarı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi qəbul edib.

Bildirilib ki, satınalmada iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim etmiş, tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayı üçdən azdır.

Tenderin ümumi dəyəri 566 695 AZN olub.