SON DƏQİQƏ! Azərbaycan futbol klublarında transferlərlə bağlı VACİB MƏLUMAT

son-deqiqe-azerbaycan-futbol-klublarinda-transferlerle-bagli-vacib-melumat-1752234119
|
|

Azərbaycan futbol klublarında yeni transferlər gözlənilirmi?


Mövzu ilə bağlı idman eksperti Azad Nuriyev Referans-a açıqlama verib. Müsahibimiz bildirib ki, bu mövsüm, yəni 2025-2026-cı il üçün Azərbaycan Premyer liqasında klubların sayı artırılıb. Buna görə də biz klublarda daha çox transfer hissi görəcəyik. Bu nədən qaynaqlanır? - İlk növbədə bunu bir neçə mərhələyə ayırmaq olar. Nəzərə alsaq ki, dörd klubumuz avro kuboklarda çıxış edir. Qarabağ FK, Zirə FK Araz-Naxçıvan PFK və Azərbaycan kubokunun qalibi Sabah FK - bu klublar transfer çalışmaları üzərində ciddi çalışmalıdır. Niyə görə? - Çünki bu klubların mərhələ adlama şansı bir-başa transferlərdən asılı ola bilər. Həmin transferlər öz növbəsində mərhələ adlamağa kömək göstərə bilər. Onu da demək olar ki, Azərbaycan klubları öz növbəsində hər zaman fərqli istiqamətdə transferlət həyata keçirməyə çalışır. Bunu bəziləri akademiya səviyyəsində edirlər. 


Həmsöhbətimiz onu da deyib ki, bəzi klublarda akademiya mövcuddur, bəzilərində mövcud deyil. Bir neçə klubumuzda var ki, daha çox legionerlərə üstünlük verirlər. Demək olar ki, ilk avrokubok matçına çıxan Sabah FK transfer çalışmalarına erkən başlayıb və yay transfer dövrü üçün bu il iyunun 19-dan sentyabr 10-na qədər müəyyənləşdirilmiş bir transfer pəncərəsi mövcuddur. Həmin müddətə qədər klublarımızın xeyli vaxtı var. Həm də digər tərəfdən üç klub bu il Azərbaycan Premyer liqasında çıxış edəcək: Qəbələ FK, Karvan FK və İmişli FK. Hər biri müxtəlif sferalarda oyunçu transferi həyata keçirir. Hətta İmişli FK xarici baş məşqçi gətirdi.  Bu da öz növbəsində yeni oyunçuların gəlməsinə səbəb olacaq. Çünki hər bir yeni gələn baş məşqçi özü ilə yeni oyunçular gətirir. Həmçinin Sabah FK da yeni baş məşqçi gətirdi. Litvalı mütəxəssis Sabah FK'ın postunda yer alıb.




Azad Nuriyev onu da qeyd edib ki, ən çox gözlənilən transferlər hər zaman Qarabağ FK və Neftçi PFK'dan çox olur. Nəzərə alsaq ki, Qarabağ FK Çempionlar liqasında ilk oyununa çıxmağa hazırlaşır. Növbəti həftələrdə bu baş tutacaq. Buna görə də Qarabağ FK transfer çalışmaları üzərində daha ciddi çalışır. Artıq 2 transfer baş tutub. Növbədə də transferlər olacaq, bunu Qurban Qurbanov özü də bildirib. Çünki Qarabağ FK'dan bir neçə futbolçu ayrıldı və artıq ayrılmış oyunçuların bir neçəsinin çıxış etdikləri klublarında adı məlumdur. Məsələn, Patrick Andrade Araz-Naxçıvanda yer alacaq. Patrick Andrade'ni böyük ehtimalla biz Konfrans liqasının oyunlarında görə biləcəyik.


"Əvvəldə dediyim kimi transferlər üçün sentyabrın onuna qədər vaxt var. Bu da öz növbəsində onu deməyə əsas verir ki, Azərbaycan Futbol Klubları hələ transfer çalışmalarına xeyli vaxt ayıracaq. Hər bir klub öz növbəsində transfer üçün nəzərdə tutulmuş büdcəni ayırmağa məcburdur. Əks halda klubların nəticəsi zəif olacaq. Neftçi PFK'dan bu il ciddi transferlər gözlənilir. Çünki sonuncu dəfə Azərbaycan Premyer liqasını 6-cı yerdə başa vurub. Buna görə də Neftçi PFK ciddi islahatlara gedir. Bildiyiniz kimi artıq çox saylı oyunçularla müqavilə müddəti uzadılmadı, komandadan ayrıldılar, müqaviləyə xitam verildi qarşılıqlı surətdə. Bu səbəbdən Neftçi PFK üçün bu Premyer liqanı daha fərqli olacağını qeyd etmək olar. Təbii ki, bu transferlərdən asılıdır. Yeni gələn transferin komandaya uyğunlaşması məsələsidə var, məşqçi ilə kompakt bacarığı da var. Çünki bəzi transferlər var ki, birbaşa məşqçinin istədiyini vermir. Nəticə isə onun ehtiyat skamyada oturmasına, ehtiyat oyunçular arasında yer almasına gətirib çıxarır. Futbolçu özünü göstərə bilməyəndə də nəticədə klubla bağları ayırmaq məcburiyyətində qalır", - deyə Azad Nuriyev qeyd edib.




Mövzu ilə bağlı həmçinin digər idman eksperti Ağa Dadaşzadə də Referans-a açıqlama verib və bildirib ki, yeni transferlər gözlənilir və kifayət qədər yeni transferlər olacaq. Amma tanınmış simaların gəlişi, "partlayış" transferin olması müşkül məsələdir. Çox təəsüf ki, bu mövsüm Avropanın alt liqalarında "heç kimə lazım olmayan" oyunçuların gəlişi çoxluq təşkil edəcək. Lakin söhbət keyfiyyətli transferdən gedirsə hər klubun payına bir neçəsi düşə bilər. Məsələn, Qarabağ FK payına bir neçəsi düşə bilər, Sabah FK payına biri düşə bilər. Araz-Naxçıvan da yetəri qədər transfer etsə də bundan sonrada yəqinki transfer edəcək. Bu isə onların büdcəsindən, qarşıya qoyulan hədəflərindən, çatışmayan mövqelərdən və s. asılıdır.


Ağa Dadaşzadə onu da diqqətə çatdırıb ki, Neftçi PFK'da yəqin ki, bundan sonra yaxşı transfer edəcək. Ancaq düşünmürəm ki, bu klublara nisbətən nə Kəpəz FK, nə Karvan FK, nə də İmişli FK səviyyəli transfer edəcək, xüsusəndə bu yeni klubların fəaliyyəti çox bərbaddır. Yəni hal-hazırdakı vəziyyət belədir. Ən yaxşı transferi yenədə Qarabağ FK'dan gözləyə bilərik. Digərlərinin yaxşı transfer etməsi sual altındadır. Hətta indidən deyərdim ki, Sumqayıt FK'nın baş məşqçi transferi uğursuz olacaq.


"Ona görə bu fikirdəyəm ki, Azərbaycanda Xorvatiyalı məşqçilər heç vaxt uğur qazanmayıb, bundan sonrada belə olacaq. Çünki bir il ərzində belə bir şey müşahidə etmək olmur, bunu həmçinin futbolçulara da aid etmək olar", - deyə Ağa Dadaşzadə qeyd edib.


Məmmədov Hüseyn

Referans.az