SON DƏQİQƏ! YAY fəsli ilə bağlı VACİB XƏBƏR

Bakıda və Abşeron yarımadasında iyulun 12-də havanın yağmursuz olacağı gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Bu il yay mövsümündə həddən artıq istilər gözlənilirmi? Bu yayın havasını ümumilikdə necə proqnozlaşdırmaq mümkündür?
Mövzu ilə bağlı meteoroloq Cavidan Əliyev Referans- a açıqlamasında bildirib ki, yaxın günlər ərzində Afrika və Ərəbistan yarımadasından qızğın hava kütlələrinin daxil olması nəticəsində anormal isti hava şəraiti gözlənilir.
Bakıda temperaturun günbəgün artacağı, 34°-37° çatacağı, bəzi yerlərdə 40°dək artacağı gözlənilir. Lakin bunları bütün yaya aid etmək olmaz. Bizdə isti hava dalğalarının müşahidə olunacağı gözlənilir. Bir sıra insanlar çimərliyə getmək üçün şans yarandığına sevinsədə, günorta saatlarında açıq havada olmamaq tövsiyə olunur.
"İyul ayının 16- na kimi küləyin zəif olması və ya bəzən hətta durğunluq yaranması bu hissi gücləndirə bilər, gecə saatlarında boğanaqlıq hissi yarada bilər", - deyə Cavidan Əliyev əlavə edib.
Məmmədov Hüseyn