Rusiya millisinin keçmiş qapıçısı vəfat etdi

rusiya-millisinin-kecmis-qapicisi-vefat-etdi-1691347961
|
|

Moskvanın MOİK və Rusiya millisinin keçmiş qapısıçı Veniamin Mandrıkin 41 yaşında vəfat edib.

Referans.az xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.

"Veniamin Mandrıkin vəfat edib. MOİK-in keçmiş qapıçısı 41 yaşında dünyasını dəyişib. Bütün qohumlarına və dostlarına başsağlığı veririk. Ruhun şad olsun, Venya", - bildirilib.

Məlumata görə, futbolçunun ölümünə səbəb infarkt olub.

Qeyd edək ki, rusiyalı idmançı 2010-cu ildə ağır yol-nəqliyyat hadisəsinə düşüb. Mandrıkin onurğa sınığı səbəbindən 13 il əlil arabasına məhkum olub.