Evini təmir etdirmək istəyənlər, DİQQƏT! - Bu xəbəri mütləq OXUYUN

Yay fəsli
olduğu üçün evini təmir etdirənlərin sayında çoxluq müşahidə olunur. Hazırda
Bakıda bir evin təmiri üçün nə qədər pul lazımdır?
Mövzu
ilə bağlı daşınmaz əmlak bazarı üzrə ekspert Ramil Qasımzadə Referans.az-a
açıqlamasında bildirib ki, bu qiymət mənzil və fərdi yaşayış evləri üçün fərqlənir.
“Təmir
olunan ev fərdi yaşayış evidirsə, bir evin kvadrat metri 180 manatdan
başlayaraq 300 manata qədər davam edə bilər amma ortalama fərdi yaşayış evinin
təmiri 250 manata, təmir xərci isə bir kvadrat metr üzrə 150 manatdan
başlayaraq 1400 manatadək davam edə bilər. Mənzillərdə isə bu qiymət dəyişir. Mənzilin
bir kvadrat metrinin təmir xərci 400 manatdan başlayır. Bunun təxminən 150-200 manata qədər olan hissəsi usta xərcləridir,
digər hissəsi isə material xərcləridir. Tam yüksək səviyyədə təmirin bir
kvadrat metr üçün olan qiyməti isə təxminən 800 manatdan yuxarı olur. Qiymət
tikinti zamanı istifadə olunacaq materiallardan, materialların istehsalçı ölkəsindən,
keyfiyyətindən asılı olaraq dəyişir. Məsələn, hazırda döşəmələrə daha çox
keremoqranit adlanan material vurulur. Keremoqranitin bir kvadrat metri 14
manata olan versiyası da var, 140 manata olanı da”.
Yeni
tikili yaşayış binalarında mənzillər təmirli və təmirsiz şəkildə vətəndaşlara təklif
olunur. Bununla bağlı ekspert qeyd edib ki, təmirli və təmirsiz mənzillərin
qiymətləri arasında ən az 400 manat fərq müşahidə olunur.
“Tam
təmirli və təmirsiz mənzillərin qiymətlərində təbii olaraq, fərqlər var.
Kvadrat metri 1500 manata təmirsiz mənzil satılırsa, təmirli mənzillər isə əksər
vaxtlarda 1900 manatdan yuxarı, bəzən 2000 manata satılır. Yenə də təmirin vəziyyətinə
görə qiymət dəyişir. Vətəndaşlar tərəfindən daha çox təmirli mənzillərə
üstünlük verilir. Bu insanlar üçün təbii ki, daha rahatdır. Lakin təmirsiz mənzillər
də alanlar var. Bunda vətəndaşların məqsədi öz zövqlərinə uyğun olaraq təmir
etdirməkdir”.
Ramil
Qasımzadə əlavə olaraq bildirib ki, həyət evi ilə bina evlərinin təmir qiymətləri
arasında fərqin bəzi səbəbləri var. Bina evlərində mərtəbənin hündürlüyündən
asılı olaraq usta xərci də artır. Fərdi yaşayış evinin təmiri bu baxımdan daha
ucuz başa gəlir.
Fidan
Vəlisoy