Tural Əsədov Xəzər TV-dən ayrılır, əvəzinə o gəlir 

tural-esedov-xezer-tv-den-ayrilir-evezine-o-gelirnbsp-1693577948
|
|

Aparıcı Tural Əsədovun da yeni sezondan etibarən Xəzər TV-dən ayrılacağı bildirilir.

 

Referans.az-ın əldə etdiyi məlumata görə, T.Əsədovun aparıcısı olduğu “Səhər mərkəzi” verilişi yeni sezondan etibarən həmkarı Vüsalə Əlizadəyə həvalə olunacaq. 

 

Bu barədə “Məlumatı Xəzər TV-nin İctimaiyyətlə əlaqələr şöbəsi ilə dəqiqləşdirə bilərsiniz, mənim ixtiyarım yoxdur”. 

 

Aparıcı Vüsalə Əlizadə də saytımıza açıqlamasında məlumatı inkar etməyib: “Hələ mən heç bir açıqlama verməmişəm, heç nə deməmişəm. Nə vaxt dəqiqləşər, onda deyərəm. Nə olsa, özüm “İnstagram”da paylaşım edəcəyəm, görünəcək”. 

 

Xatırlatma: “Səhər mərkəzi” verilişi daha əvvəl Tural Əsədovla Afaq Gəncəlinin təqdimatında yayımlanıb. A.Gəncəli səhhətində yaranan problemlə əlaqədar bir müddət öncə verilişlə sağollaşıb. (pravda)