Naxçıvana avtomobil yolu ilə getmək istəyənlərə ŞAD XƏBƏR – Zəngəzur dəhlizi ilə bağlı danışıqlar başlayır...

naxcivana-avtomobil-yolu-ile-getmek-isteyenlere-sad-xeber-zengezur-dehlizi-ile-bagli-danisiqlar-baslayir-1695209118
|
|

Qarabağda başlayan və 24 saat ərzində davam edən anti-terror əməliyyatları Azərbaycanın tam qələbəsi ilə nəticələndi. Əməliyyatlar nəticəsində ciddi zərbə alan separatçılar tam təslim oldu. İctimaiyyətdə bir çox insanı maraqlandıran əsas nüanslardan biri isə baş tutacaq danışıqların nəticələri arasında Zəngəzur dəhlizinin açılması ilə bağlı hansısa konkret irəliləyişin əldə olunacağı ilə bağlıdır. Bu mövzuda millət vəkili Fazil Mustafa öz fikirlərini Referans.az-a bildirib.

 

“Bu məsələni Zəngəzur dəhlizi ilə eyniləşdirmək olmaz. Zəngəzur dəhlizinin keçəcəyi ərazi Ermənistanın inzibati ərazisidir. Bu dəhlizlə bağlı hər hansı bir addımıımız Ermənistanla müharibə deməkdir. Biz isə Ermənistanla savaşa maraqlı deyilik. Əgər Ermənistan hər hansı bir təxribata əl atmasa, biz sərhəddə toqquşmaların olmasını məqbul hesab etmirik. Biz BMT-nin qəbul etdiyi çərçivədə Ermənistanın ərazi bütövlüyünü tanıyırıq və Qarabağ məsələsində də Ermənistanın ərazi bütövlüymüzə müdaxiləsinə qarşı çıxırıq. Zəngəzur dəhlizi ilə bağlı razılaşma ancaq danışıqlar yolu ilə əldə oluna bilər. Ermənistan buna imkan tanımalıdır və başqa seçim şansı yoxdur. Əgər Laçın yolu ilə hər hansısa formada Qarabağdakı ermənilərlə təmas qurmaq istəyirsə, birinci növbədə Zəngəzur dəhlizinin açılmasına imkan yaratmalıdırlar. Biz məhz bu kontekstdə məsələyə baxmalıyıq. Bundan sonrakı mərhələdə Qarabağ məsələsini tam həll etdikdən sonra təbii ki, diqqətimiz Zəngəzur dəhlizinə yönələcək”.

 

Nazim Hacıyev