Ağrıkəsicilərin insan orqanizminə MƏNFİ TƏSİRLƏRİ – Professor açıqladı

İnsanların əksər hissəsi müəyyən
ağrılar və xəstəliklər zamanı ağrıkəsici dərmanlardan tez-tez istifadə edir.
Belə dərmanlar ağrıların qarşısını almaqla birlikdə bəzən insan orqanizmində
müxtəlif fəsadlara və ağrılara da səbəb olur. Bu hallar daha çox orqanizmdə olan
başqa xəstəliklərin üzə çıxması ilə nəticələnir. Mövzu ilə bağlı daha ətraflı həkim-professor
Adil Qeybulla Referans.az-a danışıb.
“Əvvəla qeyd edim ki, tibbdə
geniş formada istifadə edilən ağrıkəsicilərin bir qrupu qeyri-steroid ağrıkəsicilərdir.
Bunların iltihab əleyhinə qızdırmasalıcı təsirləri var. Bu dərmanlar uzun müddət
istifadə edildikdə bir-sıra xəstələrdə ulsirogen, yəni mədə-bağırsaq sistemində
qanama törədə bilər. Belə dərmanlar həm də qanda duruluğu artırır. Yəni
bunların xüsusi əks-göstəriciləri yoxdur. Tibbdə geniş istifadə olunur və
asılılıq yaratmır. Lakin müəyyən qruplar dərmanlar var ki, onların tərkibində opium
var. Bunlara narkotik-analgetiklər, tramadol kimi dərmanlar aiddir. Sözügedən dərmanlar
müəyyən müddət istifadədən sonra asılılıq yarada bilər və bu cür dərmanlar
xüsusi qeydiyyatdadır və onlar həkim nəzarəti altında qeyd olunaraq xəstəyə təyin
edilir. Narkoz zamanı mərkəzi analgeziyanı yaratmaq üçün narkotik-analgetiklərdən
istifadə edilir. Tibbdə istifadə olunan ağrıkəsici maddələr əsas bunlardır. Bunlarla
yanaşı bu qəbildən olan dərmanlar getdikcə təkminləşir və yeniləri ortaya
çıxır. Amma iltihab əleyhinə maddələrə isə xüsusi asılılıq yaranmır, bunların
sadəcə yan təsirləri nadir hallarda təsadüf edilir”.
Nazim Hacıyev