Uşaqlarını peyvənd etdirmək istəyən valideyinlərin DİQQƏTİNƏ! - 2 aylıqından 1 yaşına qədər...

usaqlarini-peyvend-etdirmek-isteyen-valideyinlerin-diqqetine-2-ayliqindan-1-yasina-qeder-1696491908
|
|

BMT-nin Uşaq Fondu UNICEF-in hesabatına görə, dünyada uşaqların peyvənd edilməsinə inam azalır. Bu, koronavirus pandemiyasından sonra xüsusilə nəzərə çarpır. Hesabata görə, sorğunun keçirildiyi 55 ölkədən 52-də 3 il ərzində uşaqların peyvənd almasının əhəmiyyəti ilə bağlı ictimai dərketmə zəifləyib. Bildirilir ki, uşaqların immunizasiyasının gücünə ən çox Hindistan, Vyetnam və Çin Xalq Respublikasında, ən az isə Yaponiya, Cənubi Koreya və Yeni Qvineyada inanırlar.


Avropa ölkələri arasında Portuqaliya, İsveç və İrlandiya liderlik edir, peyvəndlərə ən aşağı inam Xorvatiya, Latviya və Rusiyadadır.


Bəs uşaqlara peyvənd vurulması nə qədər vacibidir və peyvəndlər autizm və körpə ölümünə səbəb olurmu?


Məsələ ilə bağlı Referans.az-a danışan infeksionist Natiq Əliyev bildirib ki, uşaqlara peyvəndin vurulması mütləq şərtdir və vacibdir:


“Zamanında vurulmayan peyvəndlər uşağın həyatı üçün baha başa gələ bilər. Bəzən valideyinlər infeksion xəstəliklərin profilaktikasına qarşı önəmli yeri olan bu peyvəndləri vurdurmaqdan imtina edirlər ki, bu gələcəkdə uşağın həmin xəsətliyə yoluxma riskini daha da artırır və tutduğu zaman daha da ağır keçirmə hətta ölümlə nəticələnə biləcək halları olur. Ümumiyyətlə peyvəndləmə peyvənd tətbiq müəsissəsi ilə aparılır ki, bunlar ilk 12 saat ərzində doğum evində bəzi peyvəndlər vurulur. Davamında isə reqlamentə uyğun şəkildə vurulur. Valideyinlərin bəzən yol verdikləri səhv bunu vurdurmamaqdır. Burada özlərinə görə səbəb gətirirlər ki, tərkibindəki kimyəvi elementlər uşağa ziyan ola bilər və yaxud hər hansı bir maddəyə qarşı onun əks təsiri ola bilər”.


Həkim qeyd edib ki, uşaq pediatr tərəfindən müayinə olunduqdan sonra allergik bir reaksiyası yoxdursa və peyvənd halında hər hansısa bir qızdırması, burun axıntısı, hərarəti yoxdursa rahat şəkildə peyvənd oluna bilər. Onun sözlərinə görə, çox nadir də olsa, uşaqlarda peyvəndə qarşı reaksiya ola bilər, bu da tibb müəsissəsi daxilində olur ki, hər hansı bir alergik reaksiya olduqda ilkin müdaxilə olsun: “Peyvəndin verdiyi əsas önəm həyat qurtarmaqdır. Çünki uşaqlar peyvənd olunmadıqda infeksion xəsətliklərə tez yoluxurlar. Eyni zamanda isə peyvəndlərin zamansız vurulması da ziyandır. 2 aylıqında, 3 aylıqında vurulacaq peyvəndlər 1 yaşında uşağa vurula bilməz”.


Natiq Əliyev əlavə edib ki, aparılan hər hansı tədqiqatın uşaqlarda autizm pozuntusunu yaratdığını göstərməyib. Autizm faktorlarına əsasən valideyinlərin yaşı, fiziki-psixi durumu, ekoloji faktorlar və digər amillər şamil olunur. Buna görə də peyvənd autizm əmələ gətirmir. Autizm pozğunluğu hər hansı bir amylin sonradan deyil də anadan gəlmə bir səbəbi olub, uşağın sosial adaptasiya deyilən bir dönəmi var ki, bu zaman ortaya çıxa bilər, bunun peyvəndlərlə heç bir əlaqəsi yoxdur. Ani ölümlər baxımından isə uşaqlarən peyvəndə bağlı ani ölümü yox, həmin an üzərində ani bir reaksiya ola bilər.


Aqil Qarayev