Qrunt suları təmizlənərək yenidən istifadəyə VERİLƏ BİLƏR? - AÇIQLAMA

qrunt-sulari-temizlenerek-yeniden-istifadeye-verile-biler-aciqlama-1697633183
|
|

Yer səthindəki məsaməli süxur laylarından keçərək, müəyyən dərinlikdə birinci sukeçirməyən təbəqə üzərində toplanan yeraltı sular qrunt sularıdır. Başqa sözlə, qrunt suları, Yer səthindən aşağı su keçməyən birinci lay üzərində, üst səthi sərbəst olan yeraltı suları, əsasən atmosfer yağıntıları, çay, göl, su anbarları, suvarma kanalları və hidrotexniki qurğulardan sızılan sulardan əmələ gəlir.


Qrunt suları müxtəlif məqsədlər üçün, o cümlədən içməli su, suvarma, sənaye prosesləri və yeraltı suların doldurulması üçün istifadə oluna bilən təbii sərvətdir. Həddindən artıq hasilatın və tükənmənin qarşısını almaq üçün yeraltı su ehtiyatlarını davamlı şəkildə idarə etmək vacibdir.


Bəs Azərbaycanda qrunt sularının təkrar istifadəsi mümkündürmü?


Məsələ ilə bağlı danışan kommunal və su təchizatları üzrə ekspert Elgün Bayramlı Referans.az-a bildirib ki, Bakı şəhəri özünün yer üstü ve yer altı su ehtiyatı olmayan bir zonadır:


“Bu qrunt suları deyil, bunların çoxu kanalizasiya sularıdır. Ancaq bir çıxış yolu var ki, sulardan təkrar istifadə olunsun. Yağış, sənaye, işlənmiş kanalizasiya sularının texniki məqsədlərlə istifadə edilə bilər. Məsələn, hər hansı bir boru zavodunda, metal sənayəsində istifadə oluna bilər. Sovet dövründə belə bir təcrübə var idi. Texniki su infrastruktur qurulmuşdu. Biz içməli sudan həm də texniki məqsədlərlə istifadə edirik. Bakıya bütün su mənbələri kənardan gəlir. Bu regionun əgər özünün su mənbəyi olsaydı, vaxtında bundan istifadə olunardı. Olmadığına görə 3-4 mənbədən,uzaq  məsafədən bura su gətirilir və həmin su həm sənaye müəssisələrində, həm yaşıllıqların suvarılmasında bu kimi məqsədlərlə istifade olunur ki, bu da yolverilməzdir”.


Ekspert qeyd edib ki, içməli su çox baha başa gəlir. Onun sözlərinə görə, Azərbaycanda içməli su hövzələri çox azdır: “Çıxış yolu kimi expert açıqlamasında bildiribki,Dəniz kənarında dəniz suyunun şirinləşdirilməsi zavodu yaradıldı.Buda çıxış yoludur ama çox baha başa gəlir. Yəni, digər mənbələrə nisbətən, bu uzun bir bahalı prosesdir.Yəni,Bakı-Abşeronda demek olarki, imkanlar  yoxdu.Sadəcə, Texniki su infastruktru qurulmalıdı. İçməli sudan istifadə etməmək,dəniz suyundan sənayə müəssələrində və bu kimi digər müəssələrdə istifadə oluna bilər”.


Dəniz suyunu biraz təmizləməklə Moykalara, Zavodlara, fabriklərə vermək olar. Duzsuzlaşdıraraq yaşıllıqların suvarılmasında istifadə edilə bilər. Ancaq qənayətli və təşkilati istifadə bəzi yerlərdə içməli suyu kimi kanalzasiya sularınının istifadəsindən sonra həmin suların sənaye müəsissələrinə yönəltmək olar. Hər hansı zavodlarda, vaqon təmiri müəsissələrində istifadə oluna bilər - deyə Elgün Bayramlı əlavə edib.     


Simuzər Rzayeva