Rəşad Nəbiyev İraqın Baş nazirinin müavini ilə görüşdü

07.12.2023
-
21:56
|
|
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev İraqın Baş nazirinin müavini, neft naziri Hayan Əbdül-Qani ilə SOCAR-la əməkdaşlığın genişləndirilməsini müzakirə edib.
Referans.az xəbər verir ki, bu barədə nazir sosial şəbəkədə yazıb.
“İraqa səfər zamanı Baş nazirin müavini, neft naziri Hayan Əbdül-Qani ilə görüşdük. SOCAR-la əməkdaşlığın genişləndirilməsi barədə fikir mübadiləsi aparıldı”, – o qeyd edib.