20 təqvim ili xidmət keçmiş hərbçilərə VACİB XƏBƏR - Yeni qərar mənzil təminatına ŞAMİL OLUNACAQ?

20-teqvim-ili-qulluq-etmis-herbcilere-vacib-xeber-yeni-qerar-menzil-teminatina-samil-olunacaq-1702030925
|
|

Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları (MAXE), gizirlər və miçmanlar üçün dinc dövrdə həqiqi hərbi xidmətdə olmağın son yaş həddi 45-dən 48-ə artırılır. Bu, "Hərbi vəzifə və hərbi xidmət haqqında" və "Hərbi xidmətkeçmə haqqında" Əsasnaməyə dəyişiklik layihəsində əksini tapıb. Dəyişikliyin əsas məqsədi adıçəkilən hərbi qulluqçuların hərbi qulluqçu kimi pensiyaya çıxmaq üçün minimum xidmətkeçmə müddətində (25 təqvim ili ərzində) hərbi xidmətdə olmalarının təmin edilməsi, habelə onların təcrübəsindən daha səmərəli və uzun müddət yararlanmaqdır.


Belə ki, Silahlı Qüvvələrdə 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Bu hüququ həyata keçirdikdən sonra xidməti mənzil sahəsinə malik olan hərbi qulluqçular mənzili müəyyən edilmiş qaydada təhvil verməyə borcludurlar.


Yaşına, xəstəliyə görə, ştatların ixtisarına, ailə vəziyyətinə görə həqiqi ehtiyata və ya istefaya buraxılmış, 20 təqvim ili və daha çox xidmət etmiş hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) bələdiyyə torpaqlarının mülkiyyətə (icarəyə) verilməsi məqsədilə torpaq hərracları və ya müsabiqələrinin keçirilməsi zamanı nəzərdə tutulmuş üstünlük hüququna malikdirlər.


Bəs yeni qərar bu qanuna da təsir edəcəkmi?


Məsələ ilə bağlı Hüquqşünas Ramil Süleymanov Referans.az-a açıqlamasında bildirib ki, Milli Məclisin plenar iclasında hərbi qulluqçuların statusu, hərbi xidmətkeçmə, hərbi vəzifə və hərbi xidmət haqqında ölkə qanunlarına dəyişikliklər edildi:


“Bu dəyişiklik ondan ibarətdir ki, hərbi qulluqçu kimi pensiyaya çıxmaq üçün minimum xidtmətkeçmə müddəti 20 ildən 25 ilə qaldırılması təklif olunub. Bu təklifdə eyni zamanda qeyd olunub ki, 20 təqvim ilinə ən çox 3 ili qalmış hərbi qulluqçular 2024-cü ilin 1 yanvar tarixinə qədər 20 təqvim ilini bitirdikdən sonra pensiyaya çıxa biləcəklər. Amma 20 ilin tamam olmasına 3 ildən artıq qalmış hərbçilər isə mütləq şəkildə 25 il xidmət etməlidirlər və 25 il xidmət etdikdən sonra müvafiq qaydada pensiyaya çıxa biləcəklər. Bunu etməkdə əsas məqsəd ondan ibarətdir ki, bir hərbçinin yetişdirilməsi kifayət qədər zaman və məsrəf aldığına görə dövlət istəyir ki, daha təcrübəli zabit və gizir heyyəti özündən sonrakı zabit, gizir heyyətilə daha çox kontaktda olmaqla onlara öz peşə və bacrıqlarının ötürə bilsinlər”.




Hüquqşünas qeyd edib ki, hərbçilərin Azərbaycan Respublikasının qanunverciliyinə uyğun olaraq mənzil şəraitlərinin yaxşılaşdırılmasını nəzərdə tutan bir sıra prezident sərəncamları və ümumiyyətlə bu sahəni tənzimləyən qanunlar mövcuddur. Onun sözlərinə görə, təqvim ilinə uyğun olaraq dəyişikliklərə qədər 20, dəyişikliklərdən sonra isə 25 il xidmət müddətini tamamlayan zabit və gizir heyyət müvafiq qaydada Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq yeni mənzillərlə təmin olunması nəzərdə tutulmur.

 

Aqil Qarayev