Müharibə iştirakçısı anasına görə intihar ETDİ

lenkeranda-dehset-kecmis-polis-deniz-kenarinda-intihar-etdinbsp-1713980629
|
|

Lənkəran şəhərində 24 yaşlı Əhməd Salayev anasının xərçəng xəstəsi olmasını eşidib həyatına qəsd edib.



Referans.az xəbər verir ki, hadisə bu gün axşam saatlarında dəniz kənarında baş verib.


Vətən müharibəsi iştirakçısı olan Ə.Salayev əvvələr polis nəfəri kimi Lənkəran rayon Polis Şöbəsində polis nəfəri kimi xidmət edib. O, intizamlı əməkdaş kimi xarakterizə olunur. Ailə vəziyyəti ilə əlaqədar bir müddət əvvəl öz raportu əsasında daxili işlər orqanlarından xaric edilib.

Məlumatı DİN-in mətbuat xidmətindən təsdiqləyiblər.