Sərnişinin xuliqanlığına görə metroda qatarların hərəkəti yubandı 

sernisinin-xuliqanligina-gore-metroda-qatarlarin-hereketi-yubandinbsp-1715006870
|
|

"Dərnəgül"-"Həzi Aslanov" marşrutu üzrə hərəkət edən qatarın bir vaqonunun qapılarında sərnişin müdaxiləsi nəticəsində nasazlıq yaranıb.


"Bakı Metropoliteni"nin mətbuat xidmətindən Referans.az-a verilən məlumata görə, "28 May" stansiyasında maşinist vaqon qapılarına baxış keçirib və qatarın sərnişinlər düşürülməklə xətdən çıxarılması zərurəti yaranıb. Nəticədə, qatar stansiyanı, sərnişinsiz olmaqla, 6 dəqiqə yubanma ilə tərk edib.


Əks istiqamətdən xəttə ehtiyat qatar verilib. Hazırda qatarlararası intervalın bərpa edilməsi istiqamətində tədbirlər görülür.