Tovuzda yeniyetməni ildırım vuraraq ÖLDÜRDÜ

tovuzda-yeniyetmeni-ildirim-vuraraq-oldurdu-1717172621
|
|

Tovuzda yeniyetməni ildırım vuraraq öldürüb.


Bədbəxt hadisə mayın 31-i axşam saatlarında rayonun Ağdam kəndində baş verib.


Məlumata görə, rayon sakini, 2010-cu il təvəllüdlü Səbuhi Abdullazadəni ildırım vurub.


O, hadisə yerində ölüb.//Referans.az