Şəkidə bədbəxt hadisə: 61 yaşlı kişi faciəvi şəkildə öldü

sekide-bedbext-hadise-61-yasli-kisi-facievi-sekilde-oldu-1717759502
|
|
Şəkidə bədbəxt hadisə nəticəsində 61 yaşlı kişi ölüb.
 

Referans.az xəbər verir ki, hadisə rayonun Sarıca kəndində baş verib.

1963-cü il təvəllüdlü Qiyas Mehdiyev kombaynın ön hissəsini təmir edərkən maşın hərəkətə gəlib və o, texnikanın altında qalaraq ölüb.

Faktla bağlı araşdırma aparılır.