Makron Zelenskiyə Aİ və NATO-ya üzvlüklə bağlı söz verdi

makron-zelenskiye-ai-ve-nato-ya-uzvlukle-bagli-soz-verdi-1717790179
|
|
Fransa iyunun sonuna qədər Ukraynanın Avropa İttifaqına daxil olması ilə bağlı danışıqların başlanmasına nail olmaq niyyətindədir.


Referans.az  TASS-a istinadla xəbər verir ki, bunu respublika prezidenti Emmanuel Makron Yelisey sarayında Ukrayna lideri Volodimir Zelenski ilə birgə mətbuat konfransında deyib.

“Fransa ayın sonuna qədər Ukraynanın Aİ-yə daxil olması ilə bağlı danışıqların başlanmasına nail olmağı gözləyir”, – Makron qeyd edib.

Onun sözlərinə görə, Paris Kiyevin Şimali Atlantika Alyansına qəbulunu asanlaşdıracaq. “NATO-ya gəlincə, iyulun 9-11-də Vaşinqtonda keçiriləcək sammitdə bizim Ukraynanın alyansa mümkün qədər yaxın olmasının vacibliyini bir daha təsdiqləmək imkanımız olacaq”, - Fransa lideri bildirib.

Mayın 29-da “Politico” qəzetinin Avropa versiyası adı açıqlanmayan rəsmiyə istinadən xəbər verib ki, Aİ səlahiyyətliləri iyulun 1-də Aİ Şurasına sədrlik Macarıstana keçməzdən əvvəl Ukraynanın icmaya qoşulması ilə bağlı danışıqlara başlamaq istəyirlər. Nəşrin yazdığına görə, Ukrayna AK-nin Ukrayna ilə bağlı son hesabatında tövsiyə edilən bəzi tədbirləri artıq həyata keçirsə də, Macarıstanın hələ də etnik və dil azlıqlarının müdafiəsi məsələsi ilə bağlı etirazları var. Redaktor.az