Misir Prezidenti: İlham Əliyev ilə keçirdiyim danışıqlar ikitərəfli əlaqələrin möhkəmləndirilməsinə xidmət edir 

misir-prezidenti-ilham-eliyev-ile-kecirdiyim-danisiqlar-ikiterefli-elaqelerin-mohkemlendirilmesine-xidmet-edirnbsp-1717846297
|
|

 Bu gün Azərbaycan Respublikasının Prezidenti ilə keçirdiyim danışıqlar ikitərəfli əlaqələrin müxtəlif sahələrdə möhkəmləndirilməsinə xidmət edir.

Referans.az AZƏRTAC-a istinadən bildirir ki, bu sözləri Misir Prezidenti Əbdülfəttah əs-Sisi Azərbaycan Prezidenti İlham Əliyevlə mətbuata bəyanatında deyib.

"Eyni zamanda, qarşılıqlı maraq kəsb edən regional və beynəlxalq məsələlər ətrafında müzakirələr apardıq. O cümlədən inşaat, nəqliyyat, əczaçılıq, neft və infrastruktur sahələrində mümkün əməkdaşlıq imkanlarını müzakirə etdik. Həmçinin iki ölkə arasında birgə komissiyanın fəaliyyətinin və növbəti iclasının təşkilinin önəmini qeyd etdik", - deyə Əbdülfəttah əs-Sisi söyləyib.