Polis hər yerdə bu qızı axtarır - 6 gündür yoxa çıxıb 

polis-her-yerde-bu-qizi-axtarir-6-gundur-yoxa-cixibnbsp-1718359846
|
|

 Bakıda yeniyetmə qız itkin düşüb.

Referans.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Nizami rayonunda baş verib.

15 yaşı bu ilin iyul ayında tamam olacaq A.Muradzadə iyunun 8-də Kamil Balakişiyev küçəsində yaşadığı evi tərk edib və bir daha geri qayıtmayıb.

Bildirilir ki, A.Muradzadə nənəsi ilə birgə yaşayırmış.

Faktla bağlı Nizami RPİ-nin 25-ci Polis Şöbəsi tədbirlər həyata keçirir.