Bu tarixlərdə daşqın və sel olacaq - XƏBƏRDARLIQ
![bu-tarixlerde-dasqin-ve-sel-olacaq-xeberdarliq-1718386341](https://referans.az/storage/news/2024/06/14/6666ef5b0a9e1202406241939_1718386310-full.png)
14.06.2024
-
21:40
|
|
İyunun 15-16-sı Azərbaycanın rayonlarında havanın yağıntılı olacağı, bəzi çaylardan qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir.
Bu barədə Referans.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, növbəti iki gündə gündüz saatlarında əsasən dağlıq və dağətəyi rayonlarda, 17-si gündüz isə bəzi yerlərdə fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir.
Bildirilib ki, növbəti iki gündə gündüz saatlarında əsasən dağlıq və dağətəyi rayonlarda, 17-si gündüz isə bəzi yerlərdə fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir.
Ayrı-ayrı yerlərdə (Daşkəsən-Gədəbəy, Qarabağ və Şərqi Zəngəzur, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Naxçıvan MR, Lənkəran-Astara) yağıntıların leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var.
Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın, Lənkəran-Astara bölgəsinin ərazisindən axan bəzi çaylardan qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir.