Qurban kəsmək niyyətləri faciə ilə bitdi - VİDEO

qurban-kesmek-niyyetleri-facie-ile-bitdi-video-1719029327
|
|
Lerikə qurban kəsməyə gedən Rusiya vətəndaşı qəza törətdi, xəsarət alanlar var.

Referans.az xəbər verir ki, hadisə Ələt-Astara magistralının 169-cu kilometrində, Lənkəran rayonu ərazisində baş verib.

Belə ki, Rusiya vətəndaşı 1964-cü il təvəllüdlü Tərlan Əsəd oğlu Tahirovun idarə etdiyi "Hundai" markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı məhəccərlərə çırpılıb. Nəticədə avtomobildəki sərnişinlər, Lerik rayonuna ziyarətə gedən 1960-cı il təvəllüdlü Tamella Kərim qızı Tahirova, 1971-ci il təvəllüdlü Aytən Ziyafəddin qızı Qarayeva və 1968-ci il təvəllüdlü Rəhilə Kərim qızı Hüseynova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Həkim tap

Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.