Əməkdar artist onları polisə verəcək

emekdar-artist-onlari-polise-verecek-1719039608
|
|
Əməkdar artist Ruhəngiz Allahverdiyeva qonaq olduğu proqramlardan birində evini təmir edən ustaları polisə verəcəyini deyib.
 

Referans.az lent.az-a istinadən bildirir ki, müğənni həmin ustaları hədələyib.
 
“Yeni aldığım evimi təmir edib, pis günə qoyan ustalar müəyyən insanların qarşısında cavab verəcəklər. Hələ mənim başım qarışıqdır. Dəyən ziyanı bir-bir yazıb o ustaları şikayət edəcəm”.
 
O bildirib ki, ustaların buraxdığı səhvlərə görə evini ikinci dəfə təmir edəcək:
 
“Hamam otağı ikinci dəfə sökülüb yenidən təmir olunmalıdır. Qəpik-qəpik pul yığıram, evimin təmirinə yenidən başlayıram. Məcbur olub yenidən təmir etdirməliyəm”.