"Oba" marketdə ŞOK OĞURLUQ: müdirin seyfini yardılar

oba-marketde-sok-ogurluq-mudirin-seyfini-yardilar-1719041023
|
|
Bakıda marketin seyfi qarət olunub. 
 

Referans.az xəbər verir ki, hadisə iyunun 21-i saat 04 radələrində Lökbatan qəsəbəsində yerləşən “Oba” marketdə qeydə alınıb. 

Marketin müdirinin otağındakı seyfdən 3075 manat pul oğurlanıb. Hadisə barədə polisə məlumat verilib.

Polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş qəsəbə sakini Elmir Həsənli saxlanılıb.