Sabirabadda yol qəzasında xəsarət alanların şəxsiyyəti məlum oldu
![sabirabadda-yol-qezasinda-xesaret-alanlarin-sexsiyyeti-melum-oldunbsp-1719168835](https://referans.az/storage/news/2024/06/23/qeza_2_1719168773-full.jpg)
23.06.2024
-
22:44
|
|
Sabirabadda yol qəzasında xəsarət alanların şəxsiyyəti məlum olub.
Referans.az report.az-a istinadən xəbər verir ki, bunlar rayon sakinləri, 1995-ci il təvəllüdlü Alışov Elvin Məhərrəm oğlu, 1984-cü il təvəllüdlü Alışova Aynur Nəsib qızı, 1995-ci il təvəllüdlü Əsgərova Aysel Natiq qızı, 2014-cü il təvəllüdlü Əsgərli Zeynəb Rahim qızı, 2014-cü il təvəllüdlü Alışov Nəsib Elvin oğlu və Ağsu rayon sakini, 1986-cı il təvəllüdlü Cəfərov Vüqar Bəyalı oğludur.
Yaralı A.Əsgərova Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Daha iki yaralının isə Bakıya göndəriləcəyi gözlənilir.
Faktla bağlı araşdırma aparılır.