Ayağı zədəli halda imtahana gəldi, yüksək nəticə göstərdi - FOTO
![ayagi-zedeli-halda-imtahana-geldi-yuksek-netice-gosterdi-fotonbsp-1719231492](https://referans.az/storage/news/2024/06/24/1213826_1719231430-full.jpg)
24.06.2024
-
16:32
|
|
Ümumi təhsil müəssisələrində təhsilverənlərin sertifikatlaşdırılması imtahanında maraqlı hadisə yaşanıb.
Referans.az Dağlıq Şirvan Regional Təhsil İdarəsinə istinadən xəbər verir ki, müəllimlərdən biri ayağı zədəli halda imtahana qatılıb.
Bildirilib ki, Şamaxı şəhər 6 nömrəli tam orta məktəbdə keçirilən sertifikasiya prosesində bir gün qabaq ciddi qəza keçirərək ayağını zədələyən İsmayıllı şəhər 6 nömrəli tam orta məktəbin rus dili müəllimi Əliyeva Bahar İşıq qızı imtahanda iştirak edib.
O, yüksək nəticə göstərərək 51 bal toplayıb.