İstirahət mərkəzində bədbəxt hadisə: Ölən var

istirahet-merkezinde-bedbext-hadise-olen-var-1719343229
|
|

  Cəlilabad rayon sakini Masallıda ölüb.

Referans.az APA-ya istinadən bildirir ki, hadisə Masallıda yerləşən istirahət mərkəzlərindən birində qeydə alınıb.

Masallıya istirahətə gedən Cəlilabad rayonunun Qarazəncir kənd sakini, 2003-cü il təvəllüdlü Hasil Cəfər oğlu Cəfərov suya tullanan zaman başı daşa dəyib. O, aldığı xəsarətlərdən ölüb.

Meyit aidiyyatı üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.