Bu rayonda ilk dəfə müəllimlərin işə qəbulu imtahanı keçiriləcək

bu-rayonda-ilk-defe-muellimlerin-ise-qebulu-imtahani-kecirilecek-1719345066
|
|

  Biləsuvar rayonunda ilk dəfə olaraq müəllimlərin işə qəbulu (MİQ) imtahanı keçiriləcək.

Referans.az xəbər verir ki, indiyədək bu tipli imtahanlar Şirvan-Salyan Regional Təhsil İdarəsinin inzibati binasının yerləşdiyi (Salyan şəhəri) rayonda keçirilib.

Bu ildən isə proses artıq Biləsuvar rayonunda müvafiq imtahan mərkəzində baş tutacaq.